Danışır Tebriz!

 Malla, Cǝfǝri dastarxana oturtdu. Cǝfǝr oturmaq hǝmǝn ayağa qalxdı. Topuqlarını birbirnǝ toqquşdurub ǝskǝrlǝrin ǝsas duruşuna keçdi. Sol ǝlini qovzayıb sol qaşının üstünǝ qoyaraq sǝlam çǝkdi: “Əskǝrlǝrim, ǝrbaşlarım, sǝhǝriz xeyr olsun! Bilirik, zǝfǝrǝ yaxınlaşmışıq. Bugün düşmǝni mutlǝqa dizǝ gǝtirǝcǝyik… qǝrargahımız möhkǝmdir… istixbarat almışam ki…” Əynindǝn çıxartmadığı qara, yıpranmış çuxaya dönmüş paltosunun cibindǝn bir paprus kağazı çıxardı. Barmağını ağzına soxub, kağazın üstündǝ gǝzdirdi: “Elǝ irmi sǝkkiz min ǝlli üç yüz düşmǝnin işini hǝllǝlǝdik. İndi qalıb üç nǝfǝr. Onları da dana dana haqlayacağıq. Ə’la Hǝzrǝt Şah Hǝzrǝtlǝri belǝ buyurublar. Baxın! Aha!” Əlindǝki yırtıq paprus kağazını süfrǝdǝkilǝrǝ görsǝtdi.

İsmal, yerǝ sǝrilǝn yorğan döşǝyinin içindǝ başını duvara yaslamış, gülürdü: “Qomutanım indi ki başlamısan kǝsmǝyǝ, ǝvvǝlcǝnǝ elǝ yanındaki mallanı haqla ki bir nǝfǝr azalsın…” Cǝfǝr onu eşitmirdi. Ruxsara qorxurdu. Suğra, ǝlini uzatdı Cǝfǝrin qolundan tutub onu oturtmaq istǝdi. Cǝfǝr inadla: “Xeyir qomutanım! Əvvǝlcǝ düşmǝni haqlıyaq. Bǝ’li qomutanım. Doğrudur. Bugün qar yağacaq. Sabah yağmayacaq. Quzey cibhǝsi bir fǝlakǝt. Hamımız rahatlayacağıq. Qaflan Dağlarından başladıq…” Pǝncǝrǝni görsǝdǝrǝk, “Zǝnganı sǝn qurtar qomutanım…” dedi, sonra da sağ qoluyla duvara nişanǝ getdi: “Aha… düşmǝnlǝr… Ərdǝbilǝ dǝ qar yağır…”

Suğra, onu tazadan çǝkişdirdi: “Yaxçı, başa düşdük… otur yemǝyini ye, sonra haqlarsan düşmǝnlǝri!” dǝdi. Cǝfǝr birdǝn birǝ bağırdı: “Boooom… Bom… bom… bom! Başa düşdüz?”

Suğra, Cǝfǝrin birdǝn birǝ böyürǝrǝk çıxartdığı bom, bom sǝsiylǝ hürkdü. Əlini geri çǝkdi. Malla, ayağa qalxdı. Cǝfǝrin arxasına keçdi. Çiyinlǝrindǝn yavaşca basdıraraq onu oturtdu. Sağ ǝlini onun başına qoydu, gözlǝrini süzǝrǝk sǝqfǝ baxdı, dua oxudu, başını dolandırıb, üç dǝfǝ Cǝfǝrin başına püflǝdi. Suğra bir tikǝ çörǝyi Cǝfǝrin ǝlinǝ tutuşdurdu.

Cǝfǝr çayı alanda bardağı öz üstünǝ caladı. Qışqırıq ataraq tazadan ayağa qalxdı: “Amaaaan tez olun… qaçın… qaçın… Atǝş edin… Toplar!”

İsmal qǝhqǝhǝ atdı: “Rast gǝtirmişik ki üstündǝ paltosu var ha… yoxsa hamımızı top atǝşiylǝ öldürǝcǝk bu yaman qomutan!”

**

Bu yaman qomutan heçkǝsi topa tutmamışdı. Dana dana güllǝlǝmişdi. Qǝzvin Birliyinin qomutanı Minbaşı Cǝfǝr, Şah ordusunun umumi qomutanlığının ǝmrini almışdı. Qızıl Ordunın İranı tǝrk edişinin hǝmǝn dalısından Şahın ordusunun ǝn acımasız vǝ qǝsavǝtli qomutanı Gǝnǝral Haşimi, paytaxt Tǝbriz’ǝ hǝmlǝ ǝmrini verdi. Azǝrbaycan Demoqrat Firqǝsi yox edilmǝliydi. Edildi dǝ. Minbaşı Cǝfǝrin birliklǝri, Miyanaya hǝrǝkǝt etdi. Ordan Ərdǝbilǝ keçǝcǝkdi. Tam on ay öncǝsindǝ eşidilǝn “Danışır Tǝbriz!”in intiqamı alıncaqdı.

Minbaşı Cǝfǝrin ǝskǝrlǝri dǝ Şahın başqa ǝskǝrlǝri kimi, qarşı qoyan vǝ muqavimǝt görsǝdǝn hǝrkǝsi qılıçdan keçirǝrǝk irǝlilǝyirdi. Ölǝnlǝrin hamısı vǝ öldürǝnlǝrin çoxu Türkdü. Hǝr edam sonrasında, minbaşı Cǝfǝr, tǝr tǝmiz ǝlcǝklǝrini çıxardır, son güllǝni sıxar vǝ ardından da bir siğar yandırardı. Şǝhvǝtlǝ içinǝ çǝkdiyi ilk nǝfǝsi köksündǝ hǝbs edǝrdi. Hǝmlǝnin ilk üç günü içindǝ üç minǝ yaxın insan qurğuşunlanıb edam edildi, dar ağaçlarında sallandırıldı. Bir hǝftǝdǝ iyrmi mindǝn çox insan yox edildi. Azǝrbaycan başdan başa qan ağladı. Minbaşı Cǝfǝr, Ərdǝbilǝ girdiyindǝ tǝk olmadığını gördü. Hǝr yan qar altındaydı. Ǝskǝrlǝr, özgǝ işqal quvvǝlǝri kimi, evlǝrin qapılarını süngüylǝ sındırıb içǝri girirdilǝr, ǝllǝrinǝ keçirdiklǝrini tüfǝng dibciyiylǝ ǝzirdilǝr. Torpax ǝrbablarının, ǝşirǝt ağalarının intiqamı çǝtin oldu.

Şǝhǝr meydanını ǝskǝrlǝr vǝ “Zindǝbad Şah” bağıran bir ovuç loti doldurmuşdu. Əllǝri dalıdan qalın urqanla bağlanan bir qadın itǝlǝnǝrǝk, tǝpiklǝnǝrǝk, yerdǝ sürüklǝnǝrǝk gǝtirildi. Uzun qara saçları çiyinlǝrindǝ dağılmışdı. Qǝhvǝ rǝngindǝ uzun ǝtǝkli donundan başqa bir şey yoxdu ǝynindǝ. Narin cüssǝliydi. Qaragözlü, qalın qaşlıydı. Kiçik, çılpaq, ağ ayaqları qarın üstündǝ bir görünür bir gözdǝn qaçırdı. Firqǝci bir gencin anasıydı. Cǝfǝr, ǝlcǝyini çıxartdı. Siğarını yandırdı. Qadını gǝtirǝn ǝfsǝrin ǝmri qıssa vǝ buza kǝsilǝn hava kimi kǝskindi. Bir ǝskǝr, qadının donunun yaxasından aşağı çǝkib yırtaraq onu lüt buraxdı. Əfsǝr, qǝmǝsini qınından çıxardı. Çevrǝsinǝ baxdı. Cǝfǝr, siğarından dǝrin bir nǝfǝs aldı, tüstünü şǝhvǝtlǝ utdu. Əfsǝr, qadının mǝmǝsinin ucundan tutub bağırdı: “Qoministlǝri ǝmizdirǝn ǝmcǝklǝr kǝsilǝcǝk!” vǝ ani bir qǝmǝ hǝrǝkǝtiylǝ qadının sol mǝmǝsini kǝsdi. Qadının çığlığı, az irǝlidǝ duran qalabalığın içindǝ, üç yaşındaki bir uşağın qışqırığına qarışdı. Əfsǝrin xıncı dinmǝmişdi: “Cavid Şah!” dǝyǝ bağırdı vǝ qadının obiri mǝmǝsini dǝ kǝsib yerǝ qarın üstünǝ atdı. Bir ǝskǝr, qadının ǝllǝrini açınca, ǝfsǝr onun belinǝ bir tǝpik vurdu. Qadın üzüstü qara quylandı. Siğarını, qadının qanıyla qızıla boyanaraq ǝriyǝn qarın üstünǝ atan minbaşı Cǝfǝrin gülümsǝmǝsi sǝrbazxanayaca dodaqlarından ǝskik olmadı. Tǝbriz danışmırdı artıq. Tǝbriz ağlıyırdı.

Minbaşı Cǝfǝr, dodaqlarındaki tǝbǝssümünü qışlağa gǝldikdǝn on gün sonra itirdi.

Tǝbrizin Sırxab Dağlarının ǝtǝklǝrindǝ iyrmi doqquz yaşındaki rǝssam, Hǝsǝn Zülfüqarzadǝ, yara bǝrǝ içindǝ qolları kǝlǝfçǝlǝnmiş bir vǝziyǝtdǝ gǝtirildi. Hǝsǝn, Tǝbrizin Behzad Rǝsim Müzǝsinin mǝsuluydu. Əli qamalı dargaşayirdlar müzǝyǝ hǝmlǝ elǝdiklǝrindǝ Hǝsǝn onlara qarşı qoymuş, incǝsǝnǝt ǝsǝrlǝrini qorumağa çabalamışdı. Yaxalandıqdan sonra dörd gün hǝbsdǝ yatdı. O dörd gün içindǝ kötǝk ǝskik olmamışdı. Indi isǝ edam saati gǝlib çatmışdı. Hǝsǝn, Firidunca şanslı dǝyildi. Firidun, tǝrtǝmiz geiyinmiş, ǝsanslar, qoxular sürünmüş vǝ dostlarıyla vedalaşmışdı. Amma Hǝsǝn, darmadağındı. Yara bǝrǝ içindeydi. Minbaşı Cǝfǝr, edam manqasının yanında, hǝr zamanki kimi dimdik durmuşdu. Edam edilǝn onlarca insanın son güllǝsini özü sıxmışdı. Bunu özü üçün bir vǝtǝn borcu, vǝzifǝ eşqi bilǝrdi. Dodağında bǝnövşǝ rǝngli bir tǝbǝssüm vardı. Əlcǝklǝrini çıxartdı. Hǝsǝn, çılpax bir ağacın gövdǝsinǝ bağlananda Cǝfǝr bir siğar yandırdı. Manqa yerini almışdı. Dǝstura müntǝzirdi. Hǝsǝn bağırdı: “Yaşasın Vǝtǝn!” Güllǝ sǝslǝri dağlara düşdüyündǝ biraz irǝlidǝ partlıyan bir bombun gümbültüsü eşidildi. Sırxab qapısına düşǝn topun partlamasıyla Minbaşı Cǝfǝr yerǝ sǝrildi. Hǝsǝn ǝyilmiş, güllǝnǝlǝn ürǝyindǝn damcılanan öz qanına baxırdı elǝ bil. Ǝskǝrlǝr onu unutmuş, yerdǝ qıvranıb çırpınan minbaşının başına yığılmışdılar.

O gündǝn sonra, otuz yaşına gǝlmiş vǝ Zülfüqari qǝrdǝşlǝr sayǝsindǝ minbaşılığa yüksǝlmiş Cǝfǝr, bir qǝhqǝhǝ atardı, bir dǝstur verǝrdi. Ancaq qıssa müddǝtlik o açlıq vǝ sǝfalǝt illǝrindǝ Minbaşı Cǝfǝr unuduldu. Zǝrrin Taç uşaqlarını alaraq Tǝbrizǝ gǝldi. Çox keçmǝdǝn, genç yaşda qocalan Zǝrrin Taç ölüncǝ Cǝfǝr, Dǝvǝçi Mǝhǝllǝsindǝ, Daş Dǝrbǝndin qarşısındaki küçǝnin döngǝsindǝ, mǝscidin qapısına yaxın durmağa başladı. Üstündǝki qara, uzun paltosu zaman getdikcǝ rǝngini itirdi. Cǝfǝrin saçları ağardıqdan sonra o küçǝlǝrdǝ axan qanlara şahidlik etmǝmiş, açlığın, açlıqdan ölümün nǝ olduğunu görmǝmiş taza taza görünǝn yeni-yetmǝlǝrin oyuncağı oldu. Dǝli Cǝfǝr, üzünü mǝscidin duvarına döndǝrib, ağzına soxub ıslatdığı barmağıyla duvara bir şeylǝr yazarkǝn, alınıb bu evǝ gǝtirildi. Tarix 13 Dǝkabr 1955, çǝrşǝnbǝ axşamıydı.

(Ölümü Gözlǝrindǝn Gördüm, roman, Haşim Hüsrevşahi, Ss: 222-226)

Danışır Tebriz!.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s