Sonra siz meni emzireceksiniz!

Sol mememdeki qızıl südle emzireceyem seni 
Ağ fosfor bombalarılan yanan gözlerüve baxanda baxmıram 
Yanan saçlaruva toxunanda toxunmuram 
Aaaay balaca bala 
Ay menim zeherli zamanımın sessiz qurbanlığı

Ay barmaqlarıvun ber bendine qurban olduğum qurban bala 
Seni sol mememedeki qızıl südle emizreceyem......

Bir semender tükü saxlamışam yaman günlerimize 
Üreyimin alovuna tutacağım onu 
Süreceyem yaralaruva 
Duracaqsan ayağa 
Bilirem evvelce soruşacaqsan menim günahım neydi 
Sonra ölen yüz min uşaqla qanatlanacaqsan 
Onda men de gözyaşlarımı silib güleceyem bu gülüş ebedi olacaq!

Güleceyem ve sizin hamızı 
Yüz min uşağı 
Sağ mememdeki yaşıl südle emzireceyem 
Halay çekib yér üzündeki cengellere doluşacağıq 
Sonra siz meni emzireceksiniz balaca barmaqlarınızla! 
(h.h.)
balaca bala